Dərc edildi: Baxış sayı: 835
Deputat təhsil haqqını ödəyə bilməyən tələbələrlə bağlı çağırış edib
“Bəzi ailələrin övladları var ki, onlar təhsil haqqını ödəyə bilmirlər. Ona görə də imtahana buraxılmırlar”.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.
“Təklif edirəm ki, bu məsələ ilə bağlı aiddiyyatı komitə Təhsil Nazirliyi ilə müzakirələr aparsın və həmin tələbələrə ilin sonunadək təhsil haqqını ödəməyə vaxt verilsin. Həmin tələbələr isə imtahana buraxılsınlar”, - deputat vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət