Slimfit
  1. CƏMİYYƏT

Deputat Razi Nurullayev İmişli sakinlərinin müraciətlərini qəbul edir

Deputat Razi Nurullayev İmişli sakinlərinin müraciətlərini qəbul edir
Sakura

Deputat Razi Nurullayev İmişli sakinlərinin müraciətlərini qəbul edir

İmişli rayonunun Yuxarı Qaralar kənd sakini Quliyev Cəfər Saleh oğlunun bir ayağı kəsilib. O, deputat Razi Nurullayevə müraciət edərək protezə ehtiyyacı olduğunu bildirib. Cəfər Quliyevə yaxın zamanda proteslə təmin olunacağı bildirilib.

İmişli rayonun Soltanmuradlı kənd sakini  Namazova Məryəm Novruz qızı deputat Razi Nuruillayevə müraciət edib. Məryəm nənənin onba sümüyü sınıb və uzun zamandır hərəkət edə bilmir. Deputat Razi Nurullayev Məryəm nənəyə əlil arabasıyla təmin olunacağı sözünü verib.

İmişli rayonunun Yuxarı Qaralar kənd sakini Sərxan Əhmədov deputat Razi Nurullayevə müraciət edib. O, kiçik övladı Əhmədov əli Sərxan oğlunun onurğa sütunda problem olduğundan məktəbə gedə bilmədiyini, övladının evdə müəllimlə təmin olunmasını istədiyini bildirib. Bununla bağlı İmişli Təhsil şöbəsi ilə əlaqə saxlanılıb. Şöbədən bildirilib ki, yeni dərs ilində sakinin istəyi həyata keçiriləcək.

İmişli rayonunun Qaraqaşlı kənd sakini Xalid Abdullayev birinci qrup əlil olan azyaşlı övladının dərmanla təmin olunmasına ehtiyacı olduğunu bildirib. O, bununla bağlı deputat Razi Nurullayevə müraciət edib. 

İmişli rayonun Qaraqaşlı kənd sakini Balakişiyeva Quba Allahverdi qızı böyrək və digər xəstəliklərdən əziyyət çəkir. O, hərəkət edə bilmir, yataq xəstəsidir. Vətəndaş bununla bağlı deputat Razi Nurullayevə müraciət edərək dərmanlarla təmin olunmasında köməklik göstərilməsini istəyib. 

İmişli rayonunun Qaraqaşlı kənd sakini Vadər Məmmədovun qızı Məmmədova Tutuxanım Vadər qızı sereval iflic xəstəliyindən əziyyət çəkir. Deputata Razi Nurullayevə müraciət edən vətəndaş, qızının əlil arabası, həkim və dərmanlarla ehtiyacı olduğunu bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR