Slimfit
  1. CƏMİYYƏT

Deputat qaz limiti ilə bağlı məsələ qaldırdı

Deputat qaz limiti ilə bağlı məsələ qaldırdı
Sakura

Deputat qaz limiti ilə bağlı məsələ qaldırdı

Milli Məclisin iclasında deputat Azər Badamov qaz limiti ilə bağlı məsələ qaldırıb. 

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,deputat 2019-cu ilin may ayından Tarif Şurasının qərarı ilə əhaliyə güzəştli qiymətə satılan təbii qazın limitinin 2200 kub metr müəyyənləşdirildiyini xatırladıb. 

“Azəriqaz”ın məlumatına görə ölkə əhalisinin 85%-i tətbiq olunmuş limit həddini keçmir. Amma 15 faizi isə 2200 kub metrdən daha çox təbii qaz istifadə edir. Sual olunur, bu 15 faiz çox yandıran əhali qrupu hansılardır”,- deyə A.Badamov əlavə edib.

O qeyd edib ki, dağlıq rayonlarda ilin yeddi ayına yaxın havalar soyuq və şaxtalı keçir. Bu da həmin rayonların sakinlərinin evlərinin isidilməsi dövrünün digər regionlardan daha uzun olması deməkdir. 

“Həm də dağlıq rayonlarda evlərin qızdırılması üçün hər saatına istifadə edilən qazın həcmi çoxdur. Amma güzəştli qaz limiti tətbiq olunanda bu amil nəzərə alınmayıb və bütün ölkəyə eyni yanaşma ortaya qoyulub”, - deyə A.Badamov bildirib.

Millət vəkili Tarif Şurasına təklif edib ki, tətbiq olunmuş güzəştli qaz limiti dağlıq rayonlar üçün artırılsın. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR