Slimfit
  1. MEDİA

Deputat: Qadına ana olduğuna görə maaş verilməlidir

Deputat: Qadına ana olduğuna görə maaş verilməlidir
Sakura

Deputat: Qadına ana olduğuna görə maaş verilməlidir

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin Oxu.Az-a müsahibəsi:

- Araz müəllim, Milli Məclisin iclaslarında üç gün dalbadal 2020-ci ilin dövlət büdcə layihəsi müzakirə edildi. Növbəti ilin büdcə proqnozlarını necə dəyərləndirirsiniz?

- Çox yaxşı büdcə layihəsi hazırlanıb. Bu büdcə ilə çox şeyə nail olmaq olar. Həm iqtisadiyyat inkişaf edər, həm də sosial xərclər artırıldığına görə insanlara daha rahat olar.

- Parlamentin iclaslarında büdcə müzakirələri zamanı sizin hər hansı təkliflə çıxış etdiyinizi görmədik. Səbəbi nə idi?

- Mən çalışıram ki, plenar iclaslarda danışmayım. Çünki komitə iclaslarında danışıram. Komitə iclaslarında mübahisə etmək olur, əks fikrə müdaxilə etmək imkanları yaranır. Plenar iclaslarda isə çıxış etdin, vəssalam, qurtardı getdi!

- Gələn ilin büdcə layihəsində heç narazı qaldığınız və ya sizə qaranlıq qalan məqam yoxdur?

- Hər şey yaxşıdır. Sadəcə, komitələrin iclasında təkliflərlə çıxış etmişdim. Amma onlar qəbul olunmadı.

- Təklifləriniz nədən ibarət idi?

- Hesab edirəm ki, analıq peşə olmalıdır. Qadına ana olduğuna görə maaş verilməlidir. Ana əlinə zənbil alıb gedib küçələrdə meyvə-tərəvəz satmamalıdır. Gedib evlərdə qulluqçu kimi işləməməlidir, uşağının tərbiyəsi ilə məşğul olmalıdır. Bundan başqa, təklifim o idi ki, dövlət ailədə olan tək övladı öz himayəsinə götürsün.

Digər təklifim isə ondan ibarət idi ki, əlilləri işə götürən sahibkarlar əlillərə verdiyi maaş həcmində vergidən azad olunsunlar.

- Araz müəllim, Milli Məclisdə parta yoldaşınız yoxdur.

- Bəli, elədir. 125 deputat idi, onlardan onsuz da biri tək oturmalı idi.

- Heç bundan narahat olursunuz?

- Xeyr, əsla. Mən ora söhbət etməyə getmirəm ki!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR