Slimfit
  1. CƏMİYYƏT

Deputat onları Azərbaycana dəvət etdi

Deputat onları Azərbaycana dəvət etdi
Sakura

Deputat onları Azərbaycana dəvət etdi

Millət vəkili Qənirə Paşayeva Özbəkistan Baş nazirinin müavini, Qadın Komitəsinin sədri Elmira Basitxanova və bu ölkənin fəal qadınları ilə görüşüb.

Axar.az xəbər verir ki, Elmira Basitxanova qardaş Azərbaycanla əməkdaşlığın artmasında maraqlı olduqlarını deyib. O, Q.Paşayevanın Özbəkistana münasibəti, beynəlxalq tədbirlərdə Özbəkistanla bağlı mövqeyi və iki qardaş ölkə arasında münasibətlərin inkişafına xidmət edən çalışmalarını xüsusi vurğulayıb.

Millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına ölkəmizin I vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla, Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb, eyni zamanda, Azərbaycan həqiqətləri, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi faktı barədə ətraflı məlumatlar verib.

Q.Paşayeva E.Basitxanova və bu ölkənin fəal qadınlarını ölkəmizə dəvət edib.

 

Görüşün sonunda E.Basitxanova Q.Paşayevaya təşəkkürnamə təqdim edib. Millət vəkili də Özbəkistan baş nazirinin müavininə və bu ölkənin fəal qadınlarına Azərbaycan tarixi və mədəniyyətinə dair materiallar hədiyyə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR