Slimfit
  1. SİYASƏT

Deputat: “Onlara sərhəddə “stop” qoyulurdu”

Deputat: “Onlara sərhəddə “stop” qoyulurdu”
Sakura

Deputat: “Onlara sərhəddə “stop” qoyulurdu”

“İkili vətəndaşlığı olan Azərbaycan vətəndaşlarının bu barədə müvafiq quruma məlumat təqdim etməməyə görə cinayət məsuliyyətindən azad edilməsi mühüm əhəmiyyət kəsb edir”. 

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Arzu Nağıyev deyib. 

O bildirib ki, bəzən bu maddədən vətəndaşlara qarşı sui-istifadə edilirdi: 

“MDB və digər ölkələrdə çalışan vətəndaşlarımız məcbur idi ki, həmin ölkələrin vətəndaşlığını alsınlar, lakin bəzən onlara sərhəddə “stop” qoyulurdu, burada sui-istifadələr var idi. 

Eyni zamanda, müxtəlif dövlətlərdə lobbiçilik fəaliyyəti ilə məşğul olmaq və qanunverici orqanlarda təmsil olunmaq üçün həmin ölkələrin vətəndaşı olmaq vacibdir. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bu cinayət məsuliyyətinin aradan qaldırılması həmin vətəndaşlarımızın sərbəst fəaliyyətinə şərait yaradacaq”. 

Deputatın fikrincə, bu, heç də o demək deyil ki, cinayət törətdikdən sonra qaçıb xarici ölkələrdə gizlənən şəxslər məsuliyyətdən yaxa qurtara biləcəklər: 

“Hüquq-mühafizə orqanlarının həmin şəxsləri hər zaman həbs edərək Azərbaycana ekstradisiya etmək imkanı var”. 

Qeyd edək ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik qanunun 10-cu maddəsi ilə bağlıdır. 

Həmin maddədə qeyd olunur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. 

Bildirilir ki, belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Yeni layihəyə əsasən, qanunun 10-cu maddəsindən ikinci hissənin ikinci cümləsi çıxarılır. Yəni, müvafiq məlumatı verməyən şəxslər üçün cinayət məsuliyyəti aradan qaldırılır.

Qanun layihəsi parlamentin iclasında birinci oxunuşda qəbul edilib. 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR