Slimfit
  1. CƏMİYYƏT

Deputat olmasalar da, deputat pensiyası alacaqlar - Siyahı

Deputat olmasalar da, deputat pensiyası alacaqlar - Siyahı
Sakura

Deputat olmasalar da, deputat pensiyası alacaqlar - Siyahı

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar.

Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var.

Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır:

- İsa Həbibbəyli - 74 yaş

- Sədaqət Vəliyeva - 70 yaş

- Oktay Əsədov - 69 yaş

- Vahid Əhmədov - 76 yaş

- Fəzail Ağamalı - 76 yaş

- Sabir Rüstəmxanlı - 78 yaş

- Tahir Kərimli - 68 yaş

- Aqiqə Naxçıvanlı - 66 yaş

- Bəxtiyar Sadıqov - 72 yaş

Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir.

Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR