Deputat: “O həkimlərə “qəhrəman” deyə bilərik”
"Koronavirus infeksiyasının tüğyan etdiyi bir vaxtda istər karantində, istərsə də sıradan xəstəxanalarda gecə-gündüz canını ortaya qoyan həkimlərə "qəhrəman" deyə bilərik".
Bu sözləri Modern.az-a həkim-deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O qeyd edib ki, ağır rejimdə çalışan həkimlərin çoxu öz ailələrindən belə təcrid olunublar:
"İndiki vəziyyətdə biz bütün tibb işçilərinə borcluyuq. Onlar hamısı günün qəhrəmanıdırlar. Səhiyyə işçilərinin fədakarlığını nəzərə alaraq, ölkə başçısı həkimlərin əməkhaqqının artırılması üçün sərəncam imzaladı. Fövqəladə, hərbi rejimdə, müharibə şəraitində, epidemiya yayıldığı bir dönəmdə həkimliyin nə qədər faydalı sənət olduğu üzə çıxır, yaxşı həkimlərimizin dəyəri bir daha anlaşılır. Koronavirus pandemiyası ilə mübarizə dövründə isə həkimlərimizin nə qədər fədakar və peşəkar olduğunu bir daha sübut etdi. Qəhrəman döyüş bitəndən sonra məlum olur. Mən bütün həkimlərimizə peşəkarlığına görə minnətdaram və əminəm ki, koronavirusdan sağalan xəstələr də onlara öz təşəkkürlərini yazacaqlar".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət