Deputat nazirin təklifini bəyənmədi: Düzgün deyil
“Ali təhsil haqqında” qanun layihəsi təhsilimizdə problemləri həll edə biləcək, ya etməyəcək, onu deyə bilmərik. Amma mütləq bu qanun qəbul olunmalıdır”.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmədə deyib.
Deputat bildirib ki, bu gün təhsillə bağlı problemlər çoxdur:
“Qanunda müddəalardan biri xaricdə təhsil alan tələbələrin diplomlarının tanınması ilə bağlıdır. Onlarla tələbə mənə müraciət edir ki, nazirlik diplomlarımızı tanımır. Bununla bağlı qanunvericilik sahəsində işlər görülməlidir. Problem həll olunmadıqda isə vətəndaşı dövlətdən narazı salır. Bir şeyi də qeyd edim ki, biz bu qanunun qəbul olunması üçün azı 20 il gecikmişik. Təhsil sahəsində problemlər həll olunmadığına görə, bu gün hətta ölkədə elmə gəlmək istəyənlər də yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət