Slimfit
  1. CƏMİYYƏT

Deputat nazirin təklifinə irad bildirdi

Deputat nazirin təklifinə irad bildirdi
Sakura

Deputat nazirin təklifinə irad bildirdi

İdmançıların müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul edilməsi ilə bağlı təklifi doğru hesab etmirəm.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, hər il ona müxtəlif şəxslərdən övladlarının ali məktəblərə daxil olması üçün rektorlarla görüşməsini xahiş edirlər:

"Lakin mən bunu etmirəm. Amma siz deyirsiz ki, həmin şəxslərə şərait yaradaq. Sizi əmin edirəm ki, Azərbaycan reallığında bunu müsabiqədənkənar etsəniz, nəticəsini ala bilməyəcəksiniz".

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə idmançıların müsabiqədənkənar ali məktəblərə qəbul edilməsinin doğru olacağını bildirib. Bunun üçün ildə 400-600 tələbəni ali məktəblərə qəbul edə biləcəklərini diqqətə çatdırıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR