Dərc edildi: Baxış sayı: 865
Deputat Milli Məclisin xüsusi iclasının keçirilməsini təklif etdi
Milli Məclisin iclasında deputat Fəzail Ağamalı parlamentin xüsusi iclasının çağırılmasını təklif edib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, F.Ağamalı deyib ki, iclas bəzi dövlətlərin Azərbaycana qarşı qərəzli mövqeyi müzakirə edilməlidir.
“Bu gün Fransa ağını çıxarır. Başqa dövlətlərdən də bunu görürük”, - deyə F.Ağamalı əlavə edib.
Millət vəkili qeyd edib ki, bu kimi məsələlər parlamentin xüsusi iclasında müzakirə olunmalıdır.
O, Milli Məclisin qətnamə qəbul etməsinin vacibliyini də vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət