Slimfit
  1. MEDİA

Deputat: Mən dəli idim ki, Məhəmməd Əli ilə döyüşə çıxım?!

Deputat: Mən dəli idim ki, Məhəmməd Əli ilə döyüşə çıxım?!
Sakura

Deputat: Mən dəli idim ki, Məhəmməd Əli ilə döyüşə çıxım?!

Milli Məclisin İntizam Komissiyasının sədri, Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abıyevin Oxu.Az-a müsahibəsi:

- Ağacan müəllim, uzun müddət boksla məşğul olmusunuz. Artıq yaşınız 80-i ötüb. Amma səhv etmiriksə, yenə də müəyyən idman hərəkətləri edirsiniz.

- Bu yaşda boksla, güləşlə, futbolla məşğul olmurlar. Bu yaşda ancaq və ancaq bədən tərbiyəsi ilə məşğul olurlar ki, sağlam qalasan.

 

- Cavanlıq vaxtınızda rinqlərdə keçirdiyiniz görüşlər barədə hansı xatirələriniz daha çox yadınıza düşür?

- 13 yaşımdan boksla məşğul olmuşam. 18 yaşında yeniyetmələr arasında Bakı çempionatında iştirak etmişəm. 20 yaşımda isə SSRİ idman ustası olmuşam.

- Hansı nailiyyətinizə görə SSRİ idman ustası adını qazanmışdınız?

- O zamanlar regional çempionatlar keçirilirdi. 1957-ci ildə birinci dərəcəli idmançı idim. Regional çempionatda birinci döyüşdə Ermənistan boksçusunu nokaut etdim. İkinci gün Gürcüstan, üçüncü gün isə Moldova idmançısına qalib gəldim.

Bununla da boks üzrə Zaqafqaziya çempionu oldum və mənə SSRİ idman ustası adını verdilər. Mən həm də Bədən Tərbiyəsi İnstitutunun tələbəsi idim. 1966-cı ilə qədər boksla məşğul olmuşam.

Daha sonra isə fəxri idman ustası adını aldım. Ondan sonra məşqçi işlədim. Beş idman ustası hazırlamışdım. Ancaq gördüm ki, vaxtım çoxdur. 1961-ci ildə indiki Azərbaycan Texniki Universitetinə qəbul oldum. Mən burada Lenin təqaüdçüsü olmuşam. İdman gənc üçün əsas şeydir, çünki idman həm də təhsil və tədrisdə inkişafa çox kömək edir.

- Ağacan müəllim, bir dəfə mətbuatda belə bir fikriniz dərc olunmuşdu ki, siz Məhəmməd Əlinin boks üçün heç nə etmədiyini demisiniz...

- Bir dəqiqə. Mən bilirəm, siz nə sual verəcəksiniz. Mən əlaçı tələbə idim, qayda-qanun yazan biri idim. SSRİ-də boksda kompüter sistemini mən yaratmışdım. Yəni mən dəli idim ki, 57 kiloqram çəkidə ola-ola 97 kiloqramda olan Məhəmməd Əli ilə döyüşə çıxım?! Ağacan Abıyev öz yerini bilən adamdır.

Fərz edək ki, mən dəliyəm, Məhəmməd Əlini rinqə çağırmışam. Ancaq Ağacan Abıyevi Məhəmməd Əli ilə rinqə qoymazdılar axı! Ona görə ki, çəkilər arasında çox fərq var idi.

- Boksda kompüter sistemi nə məsələ idi?

- Bu, idmançılar arasında xalların hesablanmasının kompüter sistemi ilə həyata keçirilməsidir. Mən ixtira etdiyim bu sistemi SSRİ birinciliyində və beynəlxalq yarışlarda istifadə etdilər. Buna görə mənə beynəlxalq patent verilmişdi.

- Boksda ən çox kimi bəyənirsiniz?

- Məhəmməd Əlinin vaxtında boks korlanmamışdı, zibillənməmişdi. Peşəkar boksu həvəskar boksa qarışdırmamışdılar. Zaman keçdikcə beynəlxalq federasiyasının özündə də çalışırdılar ki, peşəkar boksu olimpiya oyunlarına qatsınlar. Bu isə olimpiya hərəkatının dağıdılması demək idi. Biz də buna imkan vermədik.

- Azərbaycan idmanının bugünkü vəziyyəti sizi qane edirmi?

- İllər keçdikcə, idmana olan diqqət, qayğı çoxalıb. Prezident səviyyəsində idmançılara qayğı var.

-  İdmandan çox danışdıq. Siz, eyni zamanda, Milli Məclisin İntizam Komissiyasının sədrisiniz. Üzrsüz səbəblərdən parlamentin iclaslarına gəlməyən deputatların məsələsinə Komissiyada baxanda heç həmin millət vəkilləri sizdən inciyirlərmi?

- Heç bir deputat məndən inciməyib. Biz ildə uzağı bir işə baxa bilərik. Bəzən jurnalistlər deyir ki, hansısa deputat iclasa gəlməyib. Başa düşmək lazımdır ki, bəzi deputatlar həm də ictimai qurumlarda işləyirlər. Bəziləri də beynəlxalq təşkilatların iclaslarında olurlar.

- Bəzi deputatlar mətbuatda kobud ifadələr, təhqiramiz fikirlər səsləndirirlər. İntizam Komissiyası onların da işinə baxmalıdır.

- Bəzi deputatlar cümlələri düzgün qura bilmirlər. Buna görə də, onların fikirləri düzgün anlaşılmır. Məsələni həmin fikirləri səsləndirən deputatların özündən soruşmaq lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR