Slimfit
  1. SİYASƏT

Deputat məmurları tənqid etdi: “Üslublarını dəyişməsələr adlarını çəkəcəyəm”

Deputat məmurları tənqid etdi: “Üslublarını dəyişməsələr adlarını çəkəcəyəm”
Sakura

Deputat məmurları tənqid etdi: “Üslublarını dəyişməsələr adlarını çəkəcəyəm”

Parlamentin iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bəzi məmurları tənqid edib.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, millət vəkili bildirib ki, bəzi məmurlar onun parlamentin iclasında problemlər haqda daşmasına qarşı çıxırlar.

“Bəzən mənə deyirlər ki, bir məsələni üç-dörd dəfə qaldırırsınız. Hələ durub sayırlar da. Bir məsələ dörd dəfə qaldırılırsa, deməli problem həllini tapmayıb. Bir şəhid atası müraciət edir və bildirir ki, məhkəmə qərar versə də, oğlunun sığorta pulunu ala bilmir. Ona görə də mənə müraciət edirlər ki, qurumlardan cavab ala bilmirlər, onların adından danışmağımı istəyirlər”.

Deputat qeyd edib ki, vətəndaşlar bəzi məmurların qəbuluna girə bilmir. Millət vəkili əlavə edib ki, məmurlar üslublarını dəyişməsələr, növbəti dəfə onların adları açıqlanacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR