Slimfit
  1. CƏMİYYƏT

Deputat məcburi köçkünlərlə bağlı baş nazirə müraciət ünvanlayacaq

Deputat məcburi köçkünlərlə bağlı baş nazirə müraciət ünvanlayacaq
Sakura

Deputat məcburi köçkünlərlə bağlı baş nazirə müraciət ünvanlayacaq

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Elman Məmmədov Baş nazir Əli Əsədova yazılı müraciət ünvanlayacaq.

Ens.az xəbər verir ki, bu barədə Oxu.Az-a E.Məmmədov özü məlumat verib.

Müraciət Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə bağlıdır.

Həmin qərarda məcburi köçkünlərə müavinətlərin ödənilməsi qaydaları öz əksini tapıb.

Qaydanın ikinci maddəsinə əsasən, məcburi köçkün özünə ev tikibsə, ona müavinət verilmir.

Digər bənddə isə qeyd olunur ki, məcburi köçkün olan qadın bu kateqoriyadan olmayan bir nəfərə ərə gedibsə, onun müavinəti kəsilir.

Deputat E.Məmmədov qeyd edir ki, qərara əsasən, 180 gündən artıq xarici ölkəyə gedən məcburi köçkünə müavinət verilmir:

“Yaxud da hansısa məcburi köçkün hərbçidirsə, ona müavinət verilməməsi nəzərdə tutulub. Qərarda o da bildirilir ki, 2016-cı ildən bu yana doğulan məcburi köçkün uşaqlarına müavinət verilməsin. Niyə, bunlar hansı məntiqə əsaslanır? Həmin insanlar məcburi köçkün statusunu itirməyiblər axı”.

Millət vəkili bildirib ki, həmin qərara yenidən baxılması üçün Baş nazir Əli Əsədova yaxın günlərdə müraciət ünvanlayacaq.

Xatırladaq ki, bu qərar qeyd olunan tarixdə Baş nazir Artur Rəsizadə tərəfindən verilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR