Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə yeni vəzifəyə…
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə yeni vəzifəyə təyin olunub.
Modern.az saytının məlumatına görə, Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsinə gətirilib.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Fondun direktoru Sabir Əhmədov idi. S.Əhmədov Prezidentin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə aparılıb.
Mahir Abbaszadə 27 oktyabr 1975-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib.
1997-ci ildə Güzdək Tikinti materialları Kombinatında kadrlar şöbəsinin rəisi, 2001-2003-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filalında xidmət bölməsi üzrə mütəxəssis, 2003-2004-cü illərdə "Zaminbank" ASC-nin "Gənclik" filalında mühasib, xəzinə müdiri, 2004-cü ildən isə həmin filalın müdiri işləyib.
Mahir Abbaszadə Yeni Azərbaycan Partiyasının üzvüdür. 1 noyabr 2015-ci ildə 121 saylı Laçın seçki dairəsindən beşinci çağırış üzrə Milli Məclisin deputatı seçilib.
M.Abbaszadə iqtisadçıdır, iqtisadiyyat üzrə elmlər namizədidir.
Ailəlidir. İngilis, rus, türk dillərini bilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət