Deputat Lütfi Zadəyə görə kədərləndi: “Qəbir üstündə mənə qədər cəmi bir dəstə gül var idi”
Milli Məclisin deputatı Aydın Mirzəzadə bu gün dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin abidəsini ziyarət edib.
AzEdu.az xəbər verir ki, millət vəkili özünün "Facebook" səhifəsində Lütfi Zadənin abidəsinin ziyarət etməsini belə şərh edib:
"Dünən, 6 sentyabrda dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin dünyasını dəyişən günü idi.
Bu gün bir dəstə qərənfillə onun məzarını ziyarət etdim, ona rəhmət dilədim.
Qəbiqüstü abidə çox xoşuma gəldi. Həm çox oxşadılmışdı, həm də xarakterini aça bilmişdi
Ancaq bir məsələ məni kədərləndirdi. Qəbir üstündə mənə qədər cəmi bir dəstə gül var idi. Hanı alimlərin, ziyalılarımızın, sadəcə lütvisevərlərin ona olan ehtiramının nümunəsi ?"
Qeyd edək ki, sentyabrın 6-da dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anım günü idi, onun ölümünün 1 ili tamamlandı. Lütfi Zadə ötən ilin 6 sentyabrında ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Ölümündən bir müddət əvvəl doğulduğu Bakı şəhərində dəfn olunmasını vəsiyyət edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət