Slimfit
  1. MƏDƏNİYYƏT

Deputat kino istehsalı ilə bağlı güzəştlərin tətbiqini təklif edib

Deputat kino istehsalı ilə bağlı güzəştlərin tətbiqini təklif edib
Sakura

Deputat kino istehsalı ilə bağlı güzəştlərin tətbiqini təklif edib

“2020-ci ilin dövlət büdcəsindən Azərbaycan kinosunun inkişafı üçün 7,5 milyon manat vəsait ayrılıb”.

Fins.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

O bildirib ki, Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət komitəsi və Mədəniyyət Nazirliyinin iştirakı ilə “Kinemotoqrafiya haqqında” yeni qanun layihəsi hazırlanıb: “Həmin qanunda Azərbaycan kinosunun inkişafı ilə bağlı bir neçə məqam əksini tapıb. Onlardan ikisi də vergi məsələləri ilə bağlıdır. Biz verginin vacibliyini anlayırıq. Ancaq kinonun inkişafı üçün müəyyən zaman üçün güzəştlər istəyirik. Bunun üçün biz keçmiş Vergilər Nazirliyinə, indiki birləşmiş struktura müraciət də etmişik. Bu müraciət ondan ibarətdir ki, xaricdən gələn investisiyalara və kino istehsalı ilə bağlı vergidən azadetmə və güzəştlər tətbiq edilsin”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR