Slimfit
  1. SİYASƏT

Deputat: “İrəvan artıq minalanmış ərazilərin xəritələrinin olmadığını irəli sürə bilməyəcək”

Deputat: “İrəvan artıq minalanmış ərazilərin xəritələrinin olmadığını irəli sürə bilməyəcək”
Sakura

Deputat: “İrəvan artıq minalanmış ərazilərin xəritələrinin olmadığını irəli sürə bilməyəcək”

“Ermənistanın işğal dövründə Füzuli və Zəngilanda basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri təqdim etməsi hər şeydən öncə Azərbaycan diplomatiyasının qələbəsidir”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O, qeyd edib ki, hərb potensialının 80 faizi məhv edilmiş, döyüş ruhu tam şəkildə qırılmış məğlub Ermənistanın müharibə sonrası əlində qalan yeganə silahı və mümkün təzyiq vasitəsi minalanmış ərazilərin xəritəsi olub: “Məğlubiyyətin acısı ilə və revanşist xəyallarla yaşayan bir dövlətin sonuncu təsir imkanlarından könüllü imtina etməsi təbii ki, ağlabatan deyil. Deməli, Prezident İlham Əliyevin 44 günlük müharibədə hərbi, daha sonra isə siyasi formatda davam edən “məcburetmə” prosesi bu gün də diplomatik fazada davam edir.

Məlumdur ki, 10 noyabr kapitulyasiya aktından sonra minalanmış ərazilərin xəritəsinin verilməsi rəsmi Bakının ilkin tələblərindən biri idi və əvvəlcə Ağdam, bu gün isə Zəngilan və Füzuli istiqamətində ümumilikdə 200 minə yaxın minanın əhatələndiyi xəritələrin alınması Ermənistanın xoş niyyəti yox, Azərbaycan tərəfindən vadar edilməsidir. Prosesdə yeganə xoş niyyət isə Azərbaycanın təqsiri qanuni qaydada sübut olunmuş, məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana qaytarması hesab olunmalıdır. Azərbaycan zatən bu şəxslərin cinayət mühakiməsini həyata keçirərək, Ermənistanın terror mahiyyətini və bu şəxslərin timsalında hərbi cinayətlərini sübut edib, dünyaya reallığı göstərə bildi. İndi həmin şəxsləri geri verməklə Azərbaycan beynəlxlaq nüfuzunu möhkəmləndirdi. Habelə, bu humanist niyyət Ermənistanın özündə gələcək əməkdaşlıq mühitində maraqlı olmayan, revanşistlərin və nifaqın dərinləşməsini istəyən qüvvələrin arqumentlərinə zərbə vurdu”.

Ağdam, Füzuli və Zəngilan rayonlarında minalara dair xəritələrin təqdim edilməsi həmçinin, başqa reallığı da ortaya çıxarmaqdadır: “Məlumdur ki, Ağdam istiqamətində xəritələrin verilməsinə qədər İrəvan onlarda belə bir xəritələrin olmadığını iddia edirdi. Lakin 3 istiqamətdə 200 minədək minanı əhatələyən xəritələrin verilməsi Ermənistan hakimiyyətinin saxtakarlığını və 8 aydır ki, dünya ictimaiyyətini aldatdığını ortaya çıxardı. Bu isə o deməkdir ki, rəsmi İrəvan artıq onlarda minalanmış ərazilərin xəritələrinin olmadığı kimi absurd iddia irəli sürə bilməyəcək və yaxın dövrlərdə ermənilər Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdərə, Xocavənd və Xocalı istiqamətlərində də xəritələri verməyə məhkumdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR