Dövlət Komitəsinin nümayəndə heyəti Avropadadır
Dövlət Komitəsinin nümayəndə heyəti Avropadadır.
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avropada müxtəlif görüşlər keçirir.
Səfər çərçivəsində nümayəndə heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub və faciə qurbanlarının xatirəsi yad edilib.
Daha sonra, Beynəlxalq Miqrasiya Təşkilatının Hollandiya nümayəndəliyinin rəhbəri Antonio Polosa ilə görüş keçirilib.
Miqrasiya və diaspor məsələlərinin müzakirə edildiyi görüşdə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin sədri müasir dövrdə miqrasiya proseslərinin qaçılmaz olduğunu və diaspor hərəkatının əsas tərkibində miqrantların xüsusi yer tutduğunu bildirib. Eyni zamanda, qeyd edib ki, miqrantların dəqiq bir statistikasının olması da vacibdir.
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi isə öz növbəsində, miqrasiyanın ciddi bir proses olduğunu, miqrantların həyatı, sayının müəyyən edilməsi və s. istiqamətlərdə əməkdaşlığın zəruriliyini qeyd edib. Bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatı bu məsələlərlə bağlı əməkdaşlığa hazırdır.
Sonda Təşkilatın Hollandiya nümayəndəliyinə xatirə hədiyyələri təqdim edilib.
Mənbə: AzNews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət