Slimfit
  1. SİYASƏT

Deputat: “Ət kəsimi, saxlanılması, vaxtı keçmiş ətin qida kimi insanlara çatdırılması kimi problemlər var”

Deputat: “Ət kəsimi, saxlanılması, vaxtı keçmiş ətin qida kimi insanlara çatdırılması kimi problemlər var”
Sakura

Deputat: “Ət kəsimi, saxlanılması, vaxtı keçmiş ətin qida kimi insanlara çatdırılması kimi problemlər var”

“Kuryer xidmətlərinin artırılmasının, lakin qanunauyğun fəaliyyət göstərməsinin tərəfdarıyam. Düzdür, bu sahədə müəyyən problemlər, nöqsanlar var, amma bu nöqsanların aradan qaldırılması üçün lazımi təşəbbüslər olmalıdır, nəinki kuryer xidmətlərinin bağlanması. Bütün dünyada bu xidmət sahəsi mövcuddur. Kuryerlər ən xırda xidmətləri belə insanlara göstərirlər, bundan müəyyən vəsait əldə edirlər, ailələrini, balalarını dolandırırlar. Ona görə də hansısa xırda çatışmazlıqdan ötrü kuryer xidmətlərini bağlamaq məqsədəuyğun deyil. Bu cür sosial narazılığın hakimiyyət üçün təhlükə olması məsələsi isə mümkün deyil. Çünki dövlətin strukturları var və işləyirlər. Bu sahədə çalışan insanlar da dövlət siyasətini dərindən başa düşürlər və belə yola getməzlər. Sözsüz ki, müəyyən təşkilatlar, qurumlar, şəxslər belə hadisələrdən siyasi məqsədlər üçün istifadə edir, insanları qıcıqlandırırlar”.

Ens.Az-ın məlumatına görə,bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, kuryer xidməti sahəsi bu gün ölkəyə lazımdır: “Bu, sosial sifarişdir, insanların tələbatından irəli gəlir. Kuryer xidmətinin göstərilməsi insanların rahatlığı, digər tərəfdən isə iş yerlərinin artması üçündür. Hökumət də istəyir ki, insanların rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması üçün lazımi tədbirlər həyata keçirilsin. Müvafiq orqanlar bu barədə düşünməlidir. Əgər kuryer xidməti sahəsində çatışmazlıqlar varsa, aradan qaldırılması üçün müəyyən məsləhətlər verməli, köməklik göstərməlidirlər. Hər birimiz buna maraqlı olmalıyıq. Çünki kuryer işində çalışan insanlar bizə xidmət edirlər”.

Deputat düşünür ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin son illər, xüsusilə yay aylarında həyata keçirdiyi tədbirlər insanların sağlamlıqları üçündür və çox vacibdir: “Ətin kəsimi, saxlanılması, vaxtı keçmiş ətin qida kimi insanlara çatdırılması kimi problemlər var. Yay aylarında bu, daha çox təhlükəlidir. Müəyyən standartlar gözlənilməlidir. Doğrudan da kuryerlər tərəfindən qidanın müştəriyə çatdırılana qədər əlverişli şəraitdə saxlanılmasına imkan varsa, insanların səhhətinə ziyan vermirsə, AQTA sərt tədbirlər görməməlidir, görməz də. Düzdür, AQTA-nın aşkar etdiyi elə faktlar var ki, standartlara uyğun deyil, doğrudan da, təhlükəlidir. İnsanların sağlamlığı üçün təhlükə yaranmaması, eyni zamanda adamların dolanışığı üçün imkan yaradılması istiqamətində müvafiq qurumlar lazımi tədbirlər görməlidirlər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR