Slimfit
  1. AZƏRBAYCAN

Deputat: Energetika sahəsində ciddi yoxlamaların aparılmasına ehtiyac var

Deputat: Energetika sahəsində ciddi yoxlamaların aparılmasına ehtiyac var
Sakura

Prezidentin Sərəncamı ilə qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb

Azərbaycanda energetika sahəsində daha ciddi yoxlamaların aparılmasına ehtiyac var.

Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin enerji sistemindəki son vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə söylədiyi fikirlərə münasibət bildərərkən deyib.

Onun sözlərin görə, Prezidentin Sərəncamı ilə qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiya yaradılıb:

“Komissiya bu işlərlə məşğul olacaq və bütün səbəbləri üzə çıxaracaq. Ona görə də komissiyanın son qərarını gözləyək”.

R.Quliyev əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi “Azərenerji”yə Mingəçevirdəki İstilik Elektrik Stansiyasında ciddi nöqsanların olması barədə dəfələrlə məktub yazsa da, “Azərenerji” həmin məktubda yazılanları öz fəaliyyətində nəzərə almayıb:

“Bu, böyük faciəvi problemdir. Dövlətin böyük strukturu olan Fövqəladə Hallar Nazirliyi müraciət edir, amma onun müraciətini başqa dövlət qurumu qəbul etmir. Yaxud da qəbul edir, amma fəaliyyətində nəzərə almır. Məncə, bu saymamazlıqdır. Çünki bütün ölkələrdə Fövqəladə Hallar Nazirliyi xüsusi bir dövlət qurumudur. Onun adi bir məktubu əmrə bərabər olan bir sənəddir”.

Deputat qeyd edib ki, ölkə Prezidenti qəzanın baş verməsində günahı olan bütün şəxslərin cəzalanağını da söyləyib:

“Günahkarların cəzalanacağı birmənalıdır. Onlara qarşı cəza tədbiri görülməlidir ki, gələcəkdə belə hal bir daha təkrarlanmasın”.

Xatırladaq ki, iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib.

Mənbə:Trend.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR