Dərc edildi: Baxış sayı: 248
Deputat DSMF-nin idarəetmə xərclərinin artırılmasının əleyhinə çıxıb
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) aparatının və yerli bölmələrinin saxlanılması xərclərinin 5 milyon manat artırılması istəyini tənqid edib.
"Report" xəbər verir ki, deputat mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.
"Əgər elektron xidmətlər istifadə artırsa, niyə DSMF-nin idarəetmə xərcləri artırılır? Əksinə, Fondun xərcləri azaldılmalıdır", - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət