Slimfit
  1. CƏMİYYƏT

Deputat: “Dövlət Departamentinin qərəzli hesabatını kimin hazırladığı vacib məqamdır”

Deputat: “Dövlət Departamentinin qərəzli hesabatını kimin hazırladığı vacib məqamdır”
Sakura

Deputat: “Dövlət Departamentinin qərəzli hesabatını kimin hazırladığı vacib məqamdır”

“ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı növbəti illik hesabatını açıqlayıb. Hesabatda Azərbaycandakı dini vəziyyət barədə də mövqe var. Təəssüf ki, Azərbaycana aid hissəsində əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarət məqamlara yer verilib”.

 

Ens.az-ın məlumatına əsasən,bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirərkən deyib.

 

O bildirib ki, hesabatın qeyri-obyektivliyinə dəlalət edən bir çox faktorlar olsa da, burada ən vacib məqam hesabatın Azərbaycana aid hissəsinin dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan və onun komandası tərəfindən tərtib olunmasıdır.

 

“O, Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən olub və daim ermənipərəst mövqeyi və fəaliyyəti ilə yadda qalıb. Əslində, hesabat dini azadlıqların vəziyyəti barədə olsa da, dinlə heç bir əlaqəsi olmayan məsələlərin qeyd olunması bir daha hesabatın siyasi məqsəd ehtiva etdiyini sübuta yetirir”, -deyə millət vəkili əlavə edib.

 

Deputat qeyd edib ki, Ermənistan 30 illik işğal dövründə Qarabağdakı 60-dan artıq məscidi, dini-mədəni obyektləri darmadağın edib, orada heyvan saxlayıb, digərlərini isə kilsəyə çevirib.
“Biz postmüharibə dövründə beynəlxalq mətbuatı və ictimaiyyəti bu vəhşilikləri əyani görmələri üçün dəfələrlə Qarabağa səfərə dəvət etdik. Hətta Ağdamı görənlər şokda idilər. Lakin ABŞ Dövlət Departamenti 30 illik işğal dövründə bir dəfə də olsun dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı hesabatında bu faktları qeyd etməyib.

 

Dövlətimiz üçün bu sənəd, sadəcə, kağız parçasıdır. Vaşinqton bu günə qədər belə qərəzli sənədlər, hesabatlar tərtib edib, bundan sonra da etməyə davam edəcək. Lakin reallığın necə olduğu hər kəsə, o cümlədən ölkəmizlə bağlı məlumatı olan xarici tərəfdaşlarımıza yaxşı bəllidir”, - deyə Müşfiq Cəfərov fikrini yekunlaşdırıb.

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR