Slimfit
  1. AZƏRBAYCAN

Deputat: 'Deputatların da müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı'

Deputat: 'Deputatların da müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı'
Sakura

Deputat: 'Deputatların da müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı'

“Hakimlərin vəzifə maaşları əhəmiyyətli dərəcədə artır. Qanunvericiliyə edilən dəyişikliyə əsasən, Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində əməkhaqqı veriləcək. Belə olan halda, digər hakimlərin maaşı artacaq. Bu, çox yaxşıdır. Hakimlər deputatlara uyğun olaraq vəzifə maaşı alacaqlar və pensiya hüququ təmin edildikdə də, vəzifə maaşı olduğu üçün onların pensiyası yüksək olacaq. Amma təəssüflər olsun ki, deputatlarda belə deyil. Çünki biz əlavəni müavinət şəkilində alırıq”.

Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

T.Kərimli qeyd edib ki, bu müavinət də pensiya təminatında nəzərə alınmayacaq: “Deyirlər, Vahid Tarif Dərəcələri hazırlanır, ehtiyat edirəm ki, orada Milli Məclisin adı qeyd edilməsin. Deməyim odur ki, bu məsələ qanunvericilikdə tam aydınlaşmayıb. Deputatların da əməkhaqqı ilə vəzifə maaşları fərqli anlayışlar kimi verilib. Hesab edirəm ki, deputatların da müavinətinin vəzifə maaşı ilə əvəz olunması yaxşı olardı. Bu, gələcəkdə pensiya təminatı və digər məsələlər üçün sərfəli olardı”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR