Slimfit
  1. CƏMİYYƏT

Deputat cərimələrdən sərt DANIŞDI

Deputat cərimələrdən sərt DANIŞDI
Sakura

Deputat cərimələrdən sərt DANIŞDI

"Minimum əməkhaqqının 345 manat olduğu ölkədə, cərimənin bu qədər çox artırılması doğru deyil".

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili qeyd edib ki, inzibati tənbehin məqsədləri ilə cəza anlayışı və məqsədləri fərqlidir:

" İnzibati tənbehdə məqsdə tərbiyələndirmə, cəzanın məqsədi isə cinayət törədən həmin şəxs üçün məhrumiyyətlərin yaradılmasıdır. Azərbaycanda minimum əməkhaqqının miqdarı 345 manatdır. Bu ölkədə cəza üçün cərimənin məbləği birdən birə 40 manatda, 150 və ya 200 manata qaldırılırsa, burada tərbiyədən söhbət getmir. Bu ailə üçün çətinlik yaradır, məhrumiyyətlərə səbəb olur.Bir adam inzibati hüquqpozma törədir. O şəxsə cərimə tətbiq edilir ki, qaydanı pozub və cərimə olunsun. Ona görə də cərimələrin bu qədər yüksək olması doğru deyil”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR