Slimfit
  1. SİYASƏT

Deputat: “Cəmiyyətin effektiv inkişafı üçün mükəmməl qanunverici bazanın mövcudluğu vacib şərtdir”

Deputat: “Cəmiyyətin effektiv inkişafı üçün mükəmməl qanunverici bazanın mövcudluğu vacib şərtdir”
Sakura

Deputat: “Cəmiyyətin effektiv inkişafı üçün mükəmməl qanunverici bazanın mövcudluğu vacib şərtdir”

“Azərbaycanda həyata keçirilən islahatlar ölkənin gələcək inkişafının sürətləndirilməsinin bazasını təşkil edir. Hesab edirəm ki, Prezident İlham Əliyev tərəfindən start verilən institusional islahatlar siyasi hakimiyyət qolları arasında koordinasiyanın sürətlənməsinə imkan verir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O vurğulayb ki, dövlət-cəmiyyət arasında effektiv münasibətlərin qurulmasında parlamentin də böyük rolu var:

“Bu baxımdan hesab edirəm ki, Azərbaycanda keçirilən parlament seçkiləri və onun nəticələri xalqın istəklərini ifadə edir. Bu parlament seçkiləri ölkə tarixində yeni mərhələnin başlanğıcı hesab edilə bilər. Parlament rəhbərliyində, müstəqillik tariximizdə ilk dəfə olaraq müxalif partiyanın təmsil edilməsi, komitə rəhbərliklərinə müxalif partiyalar və bitərəflərin seçilməsi VI çağırış Milli Məclisin fəaliyyətinin daha effektiv olacağının göstəricisidir.

Cənab Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı parlament üzvlərini daha aktiv olmağa səsləməsi onu deməyə əsas verir ki, ölkə başçısı icra və qanunverici orqan arasında daha effektiv əlaqələrin qurulmasında maraqladır. Bu əlaqələrin qurulması həm də icra orqanının fəaliyyətinin daha effektiv qurulmasına imkan yaradacaq. Qanunverici hakimiyyətin təmsilçiləri kimi üzərimizə böyük məsuliyyət düşür. Cəmiyyətin effektiv inkişafı üçün mükəmməl qanunverici bazanın mövcudluğu vacib şərtdir. Yəni, bizlərin qəbul etdiyi qanunlar cəmiyyətin fəaliyyətinə birbaşa təsir edir. Ona görə də biz seçicilərimizlə daimi əlaqədə olmaqla, qəbul ediləcək və hazırlanacaq qanun layihələrinin cəmiyyətin həyatına necə təsir edəcəyini proqnozlaşdıra bilərik. Bu da son nəticədə daha mükəmməl və işlək mexanizmlərin hazırlanmasına imkan verəcək”.

K.Nurullayeva deyib ki, digər tərəfdən, Milli Məclisin üzvləri cəmiyyət-icra orqanı arasında körpü rolunu oynayacaq:

“Başqa sözlə, bizim əsas missiyamızdan biri də cəmiyyəti narahat edən problemlərin vaxtında icra orqanlarına çatdırılmasıdır ki, bunun da nəticəsində daha effektiv və zamanında qərarların qəbul edilməsinə şərait yaranacaq.

Azərbaycan parlamentinin rəhbərliyində müxalif partiyaların təmsilçilərinin olması həm də bu baxımdan önəmlidir. Bu fakt daha bir amilə təsir edəcək. Bu da siyasi müxalifətlə dialoqun effektivliyinə...

Bilirsiniz ki, artıq konstruktiv düşüncəli müxalifət partiyaları ilə effektiv dialoqun qurulmasına başlanılıb. Bu nə üçün vacibdir? Çünki cəmiyyətin inkişafı yalnız onun bütün üzvləri arasında sağlam dialoqun mövcudluğu şəraitində daha effektiv ola bilər”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR