Slimfit
  1. SİYASƏT

Deputat: 'Bələdiyyələr yerli səviyyədə kiçik problemi həll etmək gücünə malik deyil'

Deputat: 'Bələdiyyələr yerli səviyyədə kiçik problemi həll etmək gücünə malik deyil'
Sakura

Deputat: 'Bələdiyyələr yerli səviyyədə kiçik problemi həll etmək gücünə malik deyil'

"Azərbaycanda bələdiyyələri lazımi qədər inkişaf etdirmək mümkün olmadığı üçün insanları bələdiyyə seçkilərində iştirak etməyə sövq etmək çətinlik yaradır".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa “Gender əsaslı Bələdiyyə Akademiyası”nın açılış mərasimində deyib.

O qeyd edib ki, Azərbaycanda bələdiyyələrin cəlbediciliyi yetərli səviyyədə deyil, onların səlahiyyətləri ən aşağı səviyyədədir:

"Çünki bələdiyyələrin maliyyə imkanları, büdcələri yetərli səviyyədə deyil. Onların reklam imkanları məhduddur".

Deputat əlavə edib ki, bələdiyyələr hər hansı yerli səviyyədə kiçik problemi həll etmək gücünə malik deyil:

"Bələdiyyələr yeni yarandıqda onların əsas funksiyaları torpaq alqı-satqısı ilə məşğul olmaq idi. İndi onların torpaq resursları tükəndiyinə görə sanki işsiz bir quruma çevrilməkdədirlər. Biz onları dirçəltməliyik, çünki bələdiyyələrin güclənməsi dövlətin güclənməsi, onun büdcə yükünün azalması deməkdir".

F.Mustafa bildirib ki, Azərbaycanda kifayət qədər fəal qadın olduğu halda, mühit olmadığından qadınlar cəmiyyət həyatı üçün öz qabiliyyətlərini sərf edə bilmirlər: "Bu gün Milli Məclisdə qadınların təmsil olunma göstəricisi 14 faizdir. Bunu olduqca aşağı göstəricidir və qadınlar idarəetmədə kvota əsasında təmsil olunmamalıdır". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR