Slimfit
  1. SİYASƏT

Deputat: “Azərbaycanda insanlar siyasi fikirlərinə, əqidələrinə, düşüncələrinə, baxışlarına görə həbsə atılmır, təqib olunmurlar”

Deputat: “Azərbaycanda insanlar siyasi fikirlərinə, əqidələrinə, düşüncələrinə, baxışlarına görə həbsə atılmır, təqib olunmurlar”
Sakura

Deputat: “Azərbaycanda insanlar siyasi fikirlərinə, əqidələrinə, düşüncələrinə, baxışlarına görə həbsə atılmır, təqib olunmurlar”

“Meyxanaçı Rəşad Dağlının qonşusunu şəxsi zəmində qətlə yetirməsi cinayət hadisəsidir. Bununla bağlı kifayət qədər danışılıb. Məsələnin başqa istiqamətə çevrilməsinə, şişirdilməsinə ehtiyac yoxdur. Ən əsas məsələ qanun qarşısında hamının bərabər səviyyədə cavab verməsidir. Hər cinayət qanunun maddələri ilə təsbit olunur və cinayət işi qaldırılır. Məhkəmə öz qərarını verir. Rəşad Dağlı ilə bağlı məhkəmə hökmü də belədir. Burada heç bir siyasi motiv yoxdur. İstəməzdik ki, belə bir hadisə olsun. Rəşad Dağlı pərəstişkarları olan meyxanaçıdır. İndiyə qədər tamaşaçı auditoriyası toplayıb. Belə bir insanın cinayət törətməsini, həbsdə olmasını, təbii ki, heç kim arzulamaz. Amma qanun hamı üçün qanundur və bu məsələdə heç kimə xüsusi yanaşma tətbiq edilə bilməz”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov deyib .

“Ölkədə “müxalifət” dediyimiz fərdlərin və onların ətraflarında olan bir neçə nəfərin hər şeyə “mız” qoyması, lazım oldu-olmadı şərh vermək cəhdləri qəbuledilməzdir. Əvvəla, dəfələrlə demişik ki, ölkədə “siyasi məhbus” yoxdur. İnsanlar siyasi fikirlərinə, əqidələrinə, düşüncələrinə, baxışlarına görə həbsə atılmır, təqib olunmurlar. Buna fakt olaraq ölkədə kifayət qədər siyasi partiyalar, fərdlər, şəxslər var ki, onlar siyasi hakimiyyəti, iqtidarı kəskin şəkildə tənqid edirlər. Bu, uzun illərdir, belədir. Bu məsələ ölkə başçısı tərəfindən də, iqtidar tərəfindən də ciddi cəhdlə qorunur. Tənqid edən, özünü “müxalifətçi” adlandıran bir adamın şəxsi zəmində cinayət, qəza törətməsi, onun hər bir vətəndaş kimi cinayət məsuliyyətinə cəlb edilməsi, həbs olunması ilə siyasi ajiotaj yaratmağa can atırlar. Məsələni siyasiləşdirməyə cəhd edirlər. Bu, cəmiyyət tərəfindən də qəbul edilmir. Anlamalıyıq ki, qanun hər birimiz üçün qanundur və cəmiyyətin bütün təbəqələri üçün işləyir. Burada selektiv yanaşma, təbəqələşmə mövcud deyil", - deputat bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR