Slimfit
  1. AZƏRBAYCAN

Deputat: Azərbaycan terrorçuluğa məruz qalan ölkədir

Deputat: Azərbaycan terrorçuluğa məruz qalan ölkədir
Sakura

Deputat: Azərbaycan terrorçuluğa məruz qalan ölkədir

Bu gün biz həssas dünyada yaşayırıq və dünyada heç bir ölkə terrorçuluq, radikallıq və ekstremizmdən sığortalanmayıb. Azərbaycan da terrorçuluğa məruz qalan bir ölkədir. 

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva parlamentdə Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal konfransında deyib. 

S.Fətəliyeva bildirib ki, 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının 20 faizi erməni işğalı altındadır və qonşu Ermənistanın etnik təmizləməsi nəticəsində bir milyondan artıq soydaşımız öz doğma yurdlarını tərk etməyə məcbur olaraq qaçqın və məcbri köçkün vəziyyətinə düşüblər. 

Komitə sədrinin müavini vurğulayıb ki, bu işğal zamanı törədilmiş etnik təmizləmə terrorun hər bir ölkə üçün necə təhlükəli olmasının bariz nümunəsidir. 

S.Fətəliyeva bildirib ki, gənclər radikal ideyalara qarşı həmişə həssas olublar. Bu baxımdan, gəncləri qorumağın zəruriliyini vurğulayan S.Fətəliyeva Azərbaycanda gənclərə böyük diqqət və qayğının göstərildiyini qeyd edib. 

Millət vəkili əlavə edib ki, dünyada bəzi terror təşkilatları özlərini İslam təşkilatı kimi təqdim edərək İslamın adına xələl gətirirlər və gəncləri pis yola sürükləyirlər. Dünyada etnik və dini zəmində yaranan münaqişələrin sayı get-gedə artmaqdadır:

“Azərbaycan öz dözümlülük ənənələrini qoruyub-saxlayır. Müxtəlif dinlərə və etnik qruplara mənsub olan xalqlar əsrlər boyu Azərbaycanda yaşayır və ona görə də tolerantlıq və multikulturalizm ideyaları həyatımızın ən dəyərli hissəsidir və  dövlət siyasətinin prioritetlərindən biridir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR