Slimfit
  1. AZƏRBAYCAN

Deputat: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Ermənistana növbəti şans verdi

Deputat: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Ermənistana növbəti şans verdi
Sakura

Deputat: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Ermənistana növbəti…

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün Ermənistana növbəti şans verdi. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, martın 29-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüş bir sıra mühüm aspektləri ilə diqqətçəkən oldu:

"Hər şeydən öncə işğalçı Ermənistanın "format" siyasi spekulyasiyasına son qoyuldu, təqribən bir illik fasilədən sonra məsələnin mahiyyəti üzrə danışıqların aparılmasına start verildi, hər iki tərəf danışıqları konstruktiv adlandırdı və danışıqların davam etdirilməsi ilə bağlı xarici siyasət idarələrinə tapşırıq verildi. Bu, faktiki olaraq ənənəvi "3+2" formatında danışıqların bərpası kimi də qiymətləndirilə bilər. Önə çıxan məsələlərdən biri də həmsədrlər tərəfindən verilən bəyanatda sülh prosesinin irəli aparılması üçün mühitin yaradılması, münaqişənin həlli üçün konkret və nəticəyönümlü addımların atılmasının vacibliyinin vurğulanması oldu. Görüşdən dərhal sonra BMT baş katibinin xüsusi bəyanatla çıxış edərək problemin həll edilməsi ilə bağlı aparılan danışıqları dəstəklədiyini bildirməsi də əslində sülh danışıqlarına BMT səviyyəsində dəstək kimi qiymətləndirilə bilər".

Millət vəkilinin sözlərinə görə, Vyana görüşündən sonra Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini açıq şəkildə bəyan edərək bildirdi ki, bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində azad edilməsi məsələsi durur: "Bu o deməkdir ki, Azərbaycan heç bir halda öz qəti və haqlı mövqeyindən geri çəkilməyəcək. İşğalçı Ermənistan bunu biməlidir və əgər danışıqlara gəlirsə, bunun fərqində olaraq gəlməlidir. Faktiki vəziyyət isə ondan ibarətdir ki, Paşinyan Azərbaycanın mövqeyini bilir və artıq daxili auditoriya üçün çıxış edəndə deyə bilməyəcək ki, "danışıqların gündəmi yoxdur, yaxud mən sadəcə formatla bağlı görüş keçirdim".

Onun fikrincə, başqa bir yenilik isə ondan ibarətdir ki, tərəflər arasında danışıqlar prosesinin humanitar aksiyalarla dəstəklənməsi ilə bağlı fikir mübadiləsi aparılıb:

"Bu, həmsədrlərin tez-tez bəyan etdikləri etimad mühitinin əldə olunmasına yardım məqsədi daşıyır. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, bu barədə danışmaq tezdir. Bu isə belə şərh olunmalıdır ki, danışıqların müəyyən mərhələsindən sonra etimad məsələsi aktuallaşa bilər və Azərbaycan tərəfi buna etiraz etmir. Əgər bütün bunları ümumiləşdirməyə çalışsaq, belə bir nəticəyə gələ bilərik ki, Azərbaycan işğalçı Ermənistanı danışıqlar masasına qaytara bildi, öz mövqeyindən geri çəkilmədi, beynəlxalq səviyyədə aldığı dəstəyi daha da artırdı və problemin sülh yolu ilə həll olunması üçün Ermənistana növbəti şans verdi. Bu şansdan rəmsi Yerevanın necə istifadə edəcəyini isə bundan sonra atacağı addımlarda görəcəyik. Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa etmək üçün digər vasitələrə də əl ata biləcəyini heç vaxt istisna etməyib".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR