Slimfit
  1. SİYASƏT

Deputat: "Avroparlamentdə şərəfini satmış siyasətçiləri kimin və neçəyə danışdırdığı bizə bəllidir"

Deputat: "Avroparlamentdə şərəfini satmış siyasətçiləri kimin və neçəyə danışdırdığı bizə bəllidir"
Sakura

Deputat: "Avroparlamentdə şərəfini satmış siyasətçiləri kimin və neçəyə danışdırdığı bizə bəllidir"

"Avroparlamentdə şərəfini satmış siyasətçiləri kimin və neçəyə danışdırdığı bizə bəllidir".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin payız sessiyasının oktyabrın 6-da keçirilən plenar iclasında Avropa Parlamentinin ötən gün qəbul etdiyi qərəzli qətnaməyə münasibətində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin sayəsində Qafqaz sülhə heç vaxt olmadığı qədər yaxındır: "Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb. Biz sülhün bir addımlığındayıq. Amma görünən odur ki, Avropa Parlamenti, Fransa, Almaniya kimi subyektlər bu bir addımlıq məsafəyə israrla burunlarını soxmaq istəyirlər. Əlbəttə bizim üçün onların nə sözlərinin, nə özlərinin heç bir qiyməti yoxdur".

"Amma eyni zamanda bilsinlər ki, Avroparlamentdə şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır bizə bəllidir. Ona görə də Prezident İlham Əliyevin dediyi kimi, "hər kəs öz işi ilə məşğul olsun və bizim səbrimizlə oynamasınlar". Hər bir halda itirən biz olmayacağıq. Heç kim bizim Prezidentin iradəsinə təsir edə bilməz. Vətən müharibəsində bizə məğlub olanlar bundan sonra mübarizədə israrlı olacaqlarsa, məğlubiyyətlər seriyasına hazır olmalıdırlar", - deputat əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR