Slimfit
  1. CƏMİYYƏT

Deputat: “Aqşin və Hüseynin “TikTok”da verdiyi açıqlamalar əvvəlki illərdəki əsirlərin ailə üzvlərinə çox pis təsir edir”

Deputat: “Aqşin və Hüseynin “TikTok”da verdiyi açıqlamalar əvvəlki illərdəki əsirlərin ailə üzvlərinə çox pis təsir edir”
Sakura

Deputat: “Aqşin və Hüseynin “TikTok”da verdiyi açıqlamalar əvvəlki illərdəki əsirlərin ailə üzvlərinə çox pis təsir edir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Ermənistanda əsirlikdən azad olunaraq Azərbaycana qaytarılan hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundovun "TikTok"da qeyri-ciddi blogerlərin canlı yayımına qatılmalarının müzakirə yaratmasına münasibət bildirib.

 

Ens.az-ın məlumatına əsasən,E.Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, Birinci Qarabağ müharibəsi dövründə də əsirlikdən, girovluqdan azad olub gələnlər çox olub: “Mən Xocalı sakini olduğum üçün daha çox xocalılı əsir və girovlar haqqında danışa bilərəm. Təbii ki, əsir götürülən insanın ixtiyarı özündə olmur. O, düşmən əlindədir, düşmən isə əsirlərə qarşı qəddar, amansız, vəhşi hərəkətlər edir. Onların təhqir olunması, əzab, işgəncə verilməsi, təbii ki, gözləniləndir. Erməni kimi düşməndən yaxşı nə gözləmək olar ki? Birinci Qarabağ müharibəsində əsirlikdən qayıdandan iki-üç gün sonra həyatını dəyişənlər də olmuşdu. Ermənilərin verdiyi işgəncələrə dözməyənlər gələndən sonra intihar edirdilər. 1990-cı illərdə belə hallar olmuşdu. İndi isə dövlət başçımızın diqqət və qayğısı sayəsində iki vətəndaşımız erməni əsirliyindən azad olunub. Hansı ki onlardan birinə ömürlük həbs cəzası verilmişdi. Hüseyn Axundov və Aqşin Bəbirov davranışlarında ehtiyatlı olsalar, yaxşı olar. Ermənistanda onlara hansı işgəncələr verildiyi barədə kimlərləsə bölüşərkən də diqqətli olmalıdırlar. 1990-cı illərdə əsirlikdə dünyasını dəyişmiş çox sayda vətəndaşımız var. Aqşin və Hüseynin verdiyi açıqlamalar həmin əsirlərin ailə üzvlərinə çox pis təsir edir. Hər ikisi 8 ay erməni əsirliyində qaldı. Aidiyyəti dövlət qurumlarımız onlarla maarifləndirmə aparmalı,  məşğul olmalıdırlar. Cəmiyyətimizə xoş olmayan belə söhbətlərin danışılması heç Aqşinlə Hüseynin özü üçün nə lazımdır, nə də gələcək həyatları üçün məqsədəuyğundur. Onlar gəncdirlər, hələ həyatları qabaqdadır. Həyatlarında xoşagəlməz izlər qoyan danışıq və ifadələrdən çəkinməlidirlər. Gərək, ailə üzvləri də bu məsələdə Aqşinlə Hüseynə məsləhətçi, köməkçi olsunlar. Bir şeyi də unutmamalıyıq - dövlətimizin onlara göstərdiyi qayğı və diqqəti, onların azad olunmaları üçün etdiyi riski, 32 cinayətkarı təhvil verməsini, 8 ay ərzində daim onların taleyi ilə maraqlanmasını unutmaq, itirmək olmaz. Buna görə də bu məsələlərdə diqqətli olmaq lazımdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR