Slimfit
  1. CƏMİYYƏT

Deputat: "Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi"

Deputat: "Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi"
Sakura

Deputat: "Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi"

"Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi".

"Ens.az" “Report”a istinadla  xəbər verir ki, bunu Milli Məclisdə Xocalı rayonunu təmsil edən deputat Elman Məmmədov noyabrın 27-də parlamentin Regional məsələlər komitəsinin iclasında "Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O xatırladıb ki, 1991-ci il noyabrın 26-da Azərbaycan SSRİ Ali Sovetinin sesiyasından Dağlıq Qarabağ Muxtar Vilayətinin statusuna xitam verildi, vilayət tərkibində olan rayonlar ləğv edilib və yenidən yaradılıb.

Deputat söyləyib ki, həmin sesiyada iştirak edib: "Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv ediləndə o dövrdəki Azərbaycan rəhbərliyi yatıb qalmışdı. Ermənilər ondan iki ay əvvəl, yəni, 2 sentyabr 1991-ci ildə toplantı keçirib. Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmişdilər və "Artsax" yaratmışdılar. Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olundu. Ağdərə rayonu həmin dövrdə respublika rəhbərliyində təmsil olunan bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edildi".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR