Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Depressiyadan yeni müalicə üsulu tapıldı

Depressiyadan yeni müalicə üsulu tapıldı
Sakura

Psixi pozuntuların müalicəsində yeni üsul olacaq

Həyəcanın və depressiyanın dərmanı qırmızı şərabda tapılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Buffalo universitetinin əməkdaşları belə nəticəyə gəliblər ki, qırmızı şərabda olan komponentlər psixi pozuntuların müalicəsi üçün faydalıdır.

Belə ki, üzümün qabığında olan resveratrol təbii antioksidantdır.

 

Alimlər laboratoriya siçanları üzərində araşdırmalar aparıb. Gəmiricilərə orqanizmdə stress reaksiyasını idarə edən kortikosteron hormonu verilərək, onlarda stress yaradılıb.

Müəyyən olunub ki, bu hormon əlamətlərin yaranmasına səbəb olan PDE4 (fosfodiesteraz 4) fermentini sərbəst buraxır. Resveratrol isə PDE4-ni təsirsizləşdirərək gəmiricilərin vəziyyətini yaxşılaşdırıb.

"Resveratrol depressiya və həyəcan pozuntularını müalicəsində effektiv, alternativ preparat hesab edilə bilər" – araşdırma müəllifləri qeyd ediblər.

Lakin bunun baş verməsi üçün siçanlara bədən kütləsinə uyğun olaraq 10 milliqram, 70 kiloqram çəkisi olan insana isə 700 milliqram resveratrol verilməlidir. Bu isə 350 qədəh şərab deməkdir. Çünki bir qədəhdə 2 milliqram resveratol var.

Bu isə mümkün deyil. Amma buna baxmayaraq alimlər psixi pozuntuların müalicəsində bunu yeni metod kimi göstərir.




Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR