Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Depressiyadan qurtulmağın ən sadə yolu açıqlanıb

Depressiyadan qurtulmağın ən sadə yolu açıqlanıb
Sakura

Depressiyadan qurtulmağın ən sadə yolu açıqlanıb

Sağlam pəhriz saxlayan şəxslər pis əhval ruhiyyədən, həmçinin xroniki depresiyadan yağlı və zərərli yeməklərlə qidalanlardan daha tez xilas olurlar. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə britaniyalı tibb işçiləri Psychosomatic Medicine jurnalında jərc etdikləri məqalədə bildiriblər.

«Biz növbəti dəfə göstərdik ki, həyat tərzinin dəyişdirilməsi insanlara pis əhval-ruhiyyə və depressiya ilə mübarizə aparmağa kömək edir. Analiz onu göstərib ki, pasientlər  pəhrizlərini dəyişməkdən əlavaə idmana başlayarlarsa bu daha effektiv olur», - deyə Londonun  Kral Kollecindən Brendon  Stubbs bildirir.

Xroniki depressiya  ən geniş yayılan  və mürəkkəb psixi pozuntulardan biri sayılır. Xroniki depressiyanın yaranması həyata olan marağın itməsi, özgüvənin aşağı düşməsi, apatiya və digər mənfi effektlərlə müşaiyyət olunur. 

Son illər alimlər pis əhvalla mübarizə üçün yüzlərlə antidepressant dərman  ixtira ediblər. Lakin onların əksəriyyəti maddələr mübadiləsinin pozulması, piylənmə və öyrəşmə kimi yan təsirlərə malikdir. 

Həkimlərə bu halla mübarizəyə dərmanların yan təsirlərindən əlavə, psixoloji xəstəliyin təbiətini sona qədər anlamamaq da mane olur. Məsələn, depressiya zamanı beynin hansı şöbəsinin və hansı sinir hüceyrələri zəncirinin pozulduğu, həmçinin bu dəyişikliklərin insan əhvalına  və motivasiyaya  necə təsir etdiyi aydın deyil.

Stabbs vurğulayır ki, tibb işçiləri həyat tərzini, yaxud pəhrizini dəyişən bir sıra pasientlərin depressiyadan qurtulduqları, yaxud simptomların sərt şəkildə azaldığını müşahidə ediblər. Bu hal onu və komandasını sözügedən yöndə araşdırma aparmağa vadar edib. Ümumilikdə depressiyanın kliniki formasından əziyyət çəkən 46 min könüllünün pəhrizinin və fiziologiyasını dəyişdirilməsi barədə 16 tədqiqatı analiz edən britaniyalı həkimlər pis əhval və pəhriz arasında rabitəni aşkarlayıblar. 

Maraqlıdır ki, belə dəyişikliklər  qadınlara yaxşı təsir göçstərməsinə baxmayaraq, kişilərdə əks təsir yaradıb. Belə ki, güclü cinsin nümayəndələrinin 1/5-i  yeni pəzhrizə keçdikdə depressiv vəziyyətləri daha da ağırlaşıb. Bundan əlavə pəhriz və fiziki aktivliyin səviyyəsi onların səhhətinə yaxşı təsir göstərməyib. Bunun səbəbi alimlər üçün hələ də tapmaca olaraq qalır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR