Slimfit
  1. CƏMİYYƏT

Dənizkənarı bulvarda gəzməyin şərtləri açıqlandı

Dənizkənarı bulvarda gəzməyin şərtləri açıqlandı
Sakura

Dənizkənarı bulvarda gəzməyin şərtləri açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bu gündən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb.

Bu gündən Dənizkənarı Milli Parka girişə məhdudiyyət də aradan qaldırılıb.

Bu barədə Modern.az-a Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidməti bildirib.

Artıq Dənizkənarı Milli Parka giriş sərbəsdir. Ancaq təbii ki, Operativ Qərargahın tələblərinə əməl etmək şərtilə.

“İnsanlar ərazidə gəzərkən 1,5 metrlik məsafəni qorumalıdır. Ərzidə 10 nəfərdən artıq olmamaq şərti ilə gəzmək mümkündür. Ərazidəki kafe və restoranlar Operativ Qərargahın təlimatına uyğun fəaliyyət göstərəcək – səhər saat 08:00-dan axşam 18:00-dək. İaşə müəssisələri müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun fəaliyyət göstərəcək. Dənizkənarı Bulvar İdarəsi bu məsələləri xüsusi nəzarətdə saxlayacaq.
Parkinqlər - maşın dayanacaqları da bu gündən fəaliyyətini bərpa edir. Gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları isə fəaliyyət göstərməyəcək. Onların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki, aradan qaldırılmayıb”,- deyə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidməti bildirib.

Ərazidə Dənizkənarı Bulvar İdarəsinin mühafizə xidməti və polis xüsusi nəzarət həyata keçirəcək. Bulvarda yenə də xəbərdarlıq nişanları, məlumatlandırıcı lövhələr olacaq. Və yenə də mütəmadi dezinfeksiya işləri aparılacaq.

“Bir sözlə Bakı Bulvarı sakinlərin səmərəli istirahətini təmin etməyə hazırdır.

Ancaq vətəndaşlar da üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Fürsətdən istifadə edərək xahiş edirik ki, opreativ qərargahın təlimatlarına əməl etsinlər”.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR