Slimfit
  1. TÜRKİYƏ

Dənizdə fındıq adası yaranıb

Dənizdə fındıq adası yaranıb
Sakura

Türkiyənin Ordu bölgəsində təbii fəlakət fındıq istehsalçılarına böyük ziyan vurub

Qaradənizdə sel fəlakəti baş verib. Ən böyük zərər Ordudadır.

Türkiyənin Ordu bölgəsində təbii fəlakət fındıq istehsalçılarına böyük ziyan vurub.

"Marja" xəbər verir ki, yağan leysan yağışları nəticəsində yaranmış sel fındıq bağlarını məhv edib. Demək olar ki, fındıq məhsulu tamamilə itirilib.

Tonlarla fındıq sel ilə dənizə axıb. Belə ki, dənizdə fındıq adası yaranıb. 

Ordudakı fındıq istehsalına dəyən ziyanın Türkiyənin fındıq istehsalını aşağı salacağı gözlənilir. 

Türkiyə dünya fındıq istehsalının təxminən 70%-ni həyata keçiririr. Türkiyədə ən çox fındıq Ordu, Giresun, Samsun, Trabzon, Düzce, Sakarya, Zonguldak, Artvin, Bartın, Kocaeli, Sinop, Gümüşhane, Kastamonu və Rize rayonlarında istehsal olunur. Ötən il Türkiyədə istehsal olunann 600 min ton fınıdığın təxminən 200 min tonu Orduda istehsal edilmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR