Dənizçilərin futbol turniri üzrə yarımfinal həyəcanı başlayır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) işçiləri və struktura daxil olan digər qurumların əməkdaşları arasında 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mini-futbol turnirinin yarımfinalçıları müəyyənləşib.
Bunlar Xəzər Dəniz Neft Donanması, ASCO-1, ASCO-SYNTAX və İstehsalat Xidmətləri İdarəsinin komandasıdır.
İlk yarımfinal oyununda Xəzər Dəniz Neft Donanması və ASCO-SYNTAX üz-üzə gələcək. Qarşılaşma dekabrın 13-də baş tutacaq.
Növbəti yarımfinal oyunu isə dekabrın 15-də ASCO-1 və İstehsalat Xidmətləri İdarəsi arasında keçiriləcək.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd əməkdaşların asudə vaxtını səmərəli təşkil etmək, onların fiziki sağlamlığını möhkəmləndirmək, idmana maraqlarını daha da artırmaqdan ibarətdir.
Turnirin qalibləri kubok və fəxri fərmanla mükafatlandırılacaq.
Mənbə: Seanews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət