Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Dəniz xəstəliyindən unikal eynəklər xilas edəcək

Dəniz xəstəliyindən unikal eynəklər xilas edəcək
Sakura

Artıq “dəniz xəstəliyi”ni müalicə etmək mümkündür

Seanews.az xəbər verir ki, artıq “dəniz xəstəliyi”ni müalicə etmək mümkündür. Fransanın “Citroën» şirkəti tərəfindən  hazırlanan xüsusi eynəklər “dəniz xəstəliyi” adlanan xoşagəlməz fiziki nasazlıqları aradan qaldırır.

99 avroya başa gələn eynək insanı xəstəliyin bütün əlamətlərindən -ürək bulanmasından, baş gicəllənməsindən, eləcədə halsızlıqdan tam xilas edir.

Eynəkdə şüşənin yerində xüsusi yumşaq  plastik yerləşdirilib ki, onların da içərisində xüsusi maye var. Gəmi ləngər vurduqda, həmin maye üfüqə baxış bucağını düzəldir, bununla da beyinə gedən impulsları tarazlayır.

Cihaz 4 slotdan ibarətdir və insanın gözünü yanlardan və qabaqdan,  bununlada beyni əlavə impulslardan qorumuş olur.

İxtiraçılar deyirlər ki, cihazdan avtomobil, qatar və təyyarələrdə də istifadə etmək mümkündür.

Qeyd edək ki, bu eynəyi “dəniz xəstəliyi”nin ilk simptomları zamanı taxmaq lazımdır.

Mənbə:Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR