Dərc edildi: Baxış sayı: 439
Dəmirbank ASC-də əmanətlər nə vaxt qaytarılacaq?
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Dəmirbank ASC-nin kreditorlarına müraciət edib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu barədə fond məlumat yayıb.
Kreditorların diqqətinə çatdırılıb ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi fevralın 5-dən etibarən başlayacaq:
“Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət