Slimfit
  1. İQTİSADİYYAT

Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlarda reklam yerləşdirilməsinə dair qayda dəyişib

Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlarda reklam yerləşdirilməsinə dair qayda dəyişib
Sakura

Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlarda reklam yerləşdirilməsinə dair qayda dəyişib

Azərbaycan Respublikası Nazirlər Kabineti “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın və “Dəmir yolları üçün və dəmir yolunun sanitariya-mühafizə zonası üçün torpaqayırma Normaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 23 fevral tarixli 33 nömrəli və “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın təsdiq edilməsi barədə” 2016-cı il 18 noyabr tarixli 468 nömrəli qərarlarında dəyişikliklər edib.

"Report" xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019- cu il 1 fevral tarixli 1477-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 mart tarixli 1069 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə imzalanıb

Qeyd olunub ki, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nın 14-cü hissəsinin birinci cümləsində “ölçülərindən asılı olmayaraq” sözləri “reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən” sözləri ilə əvəz edilib.

Bundan başqa “Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın 2.2-ci bəndində “ölçülərindən asılı olmayaraq” sözləri “reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən” sözləri ilə əvəz edilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR