Slimfit
  1. CƏMİYYƏT

Dəm qazından zəhərlənmələrə dair baş toksikoloqdan açıqlama

Dəm qazından zəhərlənmələrə dair baş toksikoloqdan açıqlama
Sakura

Dəm qazından zəhərlənmələrə dair baş toksikoloqdan açıqlama

Dəm qazından zəhərlənmələrə dair yayılan əsassız xəbərlərə aydınlıq gətirmək üçün 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupuna müsahibə verib. O, bildirib ki, yanvar ayının əvvəlindən 29-dək olan zaman kəsiyində şöbəyə fiziki durumunda narahatlıq keçirən 100-dən çox insan müraciət edib. Onlardan yalnız 36 nəfərdə dəm qazı zəhərlənməsi diqanozu təsdiqini tapıb. Bu insanlar müalicə tədbirləri görüldükdən sonra evə buraxılıblar. Bir çox hallarda isə ürək, şəkərli diabet və ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar da hamam otağında narahatlıq keçirərkən dəm qazından zəhərləndiklərini zənn ediblər. A.Maqsudovun sözlərinə görə şöbəyə 10-12 xəstə daxil olduğu günlərin statistikası bəzi hallarda dəqiqləşdirilmədən şişirdilir. 

 

1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin çəkiliş qrupuna müsahibəsinə dair geniş video materialı aşağıdakı “Youtube” ünvanında izləyə bilərsiniz: https://youtu.be/Du7T5zoKlq8

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR