Slimfit
  1. MARAQLI

Dekorativ bitkilər və onların zərərvericiləri

Dekorativ bitkilər və onların zərərvericiləri
Sakura

Dekorativ bitkilər və onların zərərvericiləri

Dünyada bitkilər müxtəlif ölçüdə və görünüşdə olurlar. Bu bitkilərin bəziləri bizi qida, sığınacaq və tikinti materialları ilə təmin etdiyi halda, digər bir qismi isə vizual olaraq göz oxşayır. Vizual olaraq göz oxşayan bitkilər dekorativ bitkilər adlandırılır.

Qida Təhlükəsizliyi Agentliyinin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, dekorativ məqsədlə becərilən ağac, kol və ot bitkilərində bir sıra ziyanverici həşaratlar və xəstəlik törədiciləri yayılmışdır. Dekorativ bitkilərin əsas zərərvericilərindən olan mənənə cavan yarpaqları və zoğları daha çox zədələyir. Mənənəyə bitki biti də deyilir. Yağmurlu yaz aylarında demək olar ki, əksər bitkilərdə müşahidə olunur. Həşəratla sirayətlənmiş yarpaq və zoğlar qıvrılıb bükülür və inkişafdan qalır. Bitkidə mənənənin olmasını ilk nişan verən qarışqalardır. Yəni, hansı bitkidə çoxlu sayda qarışqa görünsə, deməli, artıq orada mənənələr bitkiyə ziyan vurmaqdadır.

Mənənə ilə yoluxmuş bitkilərin yarpaq və budaqları qara, hisəbənzər örtüklü olur. Uzun müddət (bir ilə qədər) bu şəkildə qalan bitki dekorativliyini itirir. Mənənə ən çox qızılgül, petuniya (tənbəkiçiçəyi), payızgülü (xrizantema), hind yasəməni, tekoma, otaq bitkilərindən çin qızılgülü, sitruslar və digər bitkilərə ziyan vurur.

Pambıq ağqanadlısı (Bemisia tabaci Genn.) xırda, ağ və ya sarımtıl rəngli kəpənəklərdir. Bitkinin yarpaqlarının alt hissəsində məskən salır, yarpaq şirəsi ilə qidalanaraq onun görkəmini pisləşdirir və qurudaraq tökülməsinə səbəb olur. Torlu gənə adi gözlə çətin görünən, əsasən yarpağın alt hissəsində yaşayan və yarpaq şirəsi ilə qidalanan xırda həşəratdır. Koloniya halında yaşamaqla, özlərinə tor quraraq mühafizə olunurlar və çox sürətlə çoxalırlar.

Dekorativ məqsədlə becərilən bitkilər üzərində yastıcalar fəsiləsindən olan qalxanlı yastıcalar, unlu yastıcalar və başqa növlər də parazitlik edir. Yastıcalar ağ, şabalıdı boz rəngli olur və əl ilə sıxdıqda onlardan qanabənzər maye çıxır. Əvvəlcə yarpaq üzərində əhəng ləkələrinə bənzər ulduzcuqlar müşahidə olunur. Sonra isə sürətlə çoxalaraq bitkinin bütün orqanlarına yayılır, tək-tək və koloniya halında qidalanaraq bitkini zəiflədir. Dekorativ bağçılıqda həmin ziyanverici və xəstəliktörədicilərin yayılmasının bir səbəbi karantin tədbirlərinə düzgün riayət olunmaması, digər səbəbi isə aqrotexniki qaydaların pozulmasıdır.

Kök yumrulu, soğanaqlı-yumru və soğanaqlı dekorativ bitkilər (dağlalələri, sünbülçiçəyi, süsənlər, zəfəran və b.) tez-tez və normadan artıq suvarıldıqda, alaq otlarını vaxtında təmizləmədikdə, dibləri yumşaldılmadıqda onlarda bakterial xərçəng (kök və ya kök boğazı çürüməsi) xəstəliyi əmələ gəlir. Belə hal müşahidə edildikdə xəstə bitkilər dərhal sahədən kənarlaşdırılaraq, ərazi mis kuporosu məhlulu ilə dezinfeksiya olunur. Yəni, aqrotexniki və karantin tədbirlərinə düzgün riayət olunmadıqda bitkilər ziyanvericilərə və xəstəliklərə daha tez tutulur və kimyəvi preparatların tətbiqinə zərurət yaranır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR