Slimfit
  1. TƏBİƏT

Dekabrın 26-da bu il sonuncu Günəş tutulması müşahidə olunub

Dekabrın 26-da bu il sonuncu Günəş tutulması müşahidə olunub
Sakura

Dekabrın 26-da bu il sonuncu Günəş tutulması müşahidə olunub

 Dekabrın 26-da Ərəbistan yarımadası, Pakistan, Hindistan və Cənub-Şərqi Asiya sakinləri başa çatan ilin sonuncu Günəş tutulmasına tamaşa ediblər. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, halqavari tutulma Rusiyanın Asiya hissəsinin bəzi şəhərlərində də müşahidə olunub.

Şri-Lanka, İndoneziya, Hindistan və Səudiyyə Ərəbistanında minlərlə insan bu təbiət hadisəsini görmək üçün küçələrə axışıb.

Mərkəzi Asiya ölkələrində, Uralda və Sibirdə qismən tutulma müşahidə olunub.

Halqavari tutulma zamanı Ay Günəş diskinin mərkəzini örtüb, yalnız onun kölgəsi ətrafında özünəməxsus halqa görünüb.

Günəş tutulması adətən ildə iki dəfə baş verir. Əvvəlki tutulma iyulun 2-də baş verib və yalnız Cənubi Amerika ölkələrində görünüb.

Növbəti tutulma 2020-ci il dekabrın 14-də baş verəcək. Bu hadisə Çili və Argentinanın cənubunda, Afrikanın cənub-qərbində və Antarktikada görünəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR