Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

“Dedi ki, dərslərinizi yaxşı oxuyun, nənənin sözündən çıxmayın” - İlk xanım Şəhidimizin övladına son sözü

“Dedi ki, dərslərinizi yaxşı oxuyun, nənənin sözündən çıxmayın” -  İlk xanım Şəhidimizin övladına son sözü
Sakura

“Dedi ki, dərslərinizi yaxşı oxuyun, nənənin sözündən çıxmayın” - İlk xanım Şəhidimizin övladına son sözü

AzTV ikinci Qarabağ müharibəsinin ilk xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışova haqda süjet hazırlayıb.

Ens.az BAKU.WS-ə istinadən xəbər verir ki, süjetdə yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olan Arəstənin ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb.

Şəhidin anası Məktubə Baxışova qızının cəbhəyə könüllü olaraq getdiyini bildirib:

“Dedi ki, “ana mən hərbiyə getmək istəyirəm. Uşaqlarım sənə əmanət. Vətən uğrunda şəhid olsam, o, mənim başımın ucalığıdır”.

Telefonda danışanda isə dedi ki, “ana narahat olma hər şey qaydasındadır. Tezliklə qələbə bizim olacaq, çünki ruh yüksəkliyi var. O qədər könüllü balalarımız, əsgərlərimiz var ki, canla-başla döyüşürlər”.

Xanım şəhidimizin 11 yaşlı oğlu Mərdan Məmmədli isə anası ilə son söhbətini belə xatırlayır:

“Hər dəfə zəng edərdi, soruşardı. Bir neçə dəfə zəng etdim, cavab vermədi. Daha sonra telefonu açdı, səsi birtəhər gəlirdi. Fikirləşdim ki, xəstələnib. Soruşdum nə olub? Dedi yaxşıyam, nənənin sözündən çıxmayın, dərslərinizi oxuyun, bacına da yaxşı bax”.

Arəstənin qızı Zəhra isə anası ilə qürur duyduğunu deyib:

“Anam mənlə həmişə fəxr edirdi, mən də indi anamla fəxr edirəm ki, vətən uğrunda şəhid oldu”.

Sözügedən videomaterialı təqdim edirik:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR