Slimfit
  1. BİOQRAFİYA

Dədə Ömər Rövşəni

Dədə Ömər Rövşəni
Sakura

Dədə Ömər Rövşəni - Türk mənşəli sufi şair, XV əsr xəlvəti şeyxi

Dədə Ömər Rövşəni – türk mənşəli sufi şair, XV əsr xəlvəti şeyxi və Seyid Yəhya Bakuvinin öndə gələn xəlifələrindən biri.

"Ləmazat" əsərində "nur əhlinin seçgini", "aləm və adəmin işığı", "can və tən əhlinin eşq sirlərinin rəhbəri", "aləm imamlarının qütbü", "sirlər aləminin eşq və sevgi nuru", "yetişdirici qütblərin məna iqliminə gedən aydınlıq yolu" deyə tövsif edilmişdir.

Daha çox şeirlərində istifadə etdiyi Rövşəni məxləsi ilə tanınır. Əsl adı Ömər,ləqədi Dədə,künyəsi Əli ibnu binti Umur bəydir. Atası haqqında məlumat olmadığı halda ana babsı "Töhfətül-mücahid" əsərinə görə İldırım Bəyazidin əmirlərindən Qara Timuurtaş Paşanın oğlu Qazi Umur bəydir. "Ləmazat" da Aydın oğlu Umur bəy göstərilir. Şairin babasının bölgədə Osmanlılardan əvvəl hökm sürən Aydınoğulları sülaləsindən əlli il ara ilə bəylik edən iki Umur bəydən biri, böyük ehtimalla birincisi olduğu qəbul edilir. Belə ki,Ömər Rövşəni Aydın ili bölgəsinin o vaxtkı mərkəzlərindən Gözəlhisara aid Tirədən olduğunu bildirir:

Miskin,həqir Rövşəni əslin sorar isən 
Aydın ilində, Tirə yanında Gözəlhisar

– demişdir.

Doğulduğu il dəqiq olara bilinməsə də aparılan araşdırmalar doğum ili kimi 1407-1417 -ci illər arasını göstərib.

Təsəvvüfə və Bakıya gələrək Seyid Yəhya Bakuviyə bağlanmasına böyük qardaşı Əlaəddin Əli səbəb olmuşdur. Böyük qardaşı Seydi Yəhyanın öndə gələn xəlifələrindəndir. Odur ki, Ömər Rövşəninin elmi və təsəvvüfi yöndən tanınmış bir ailə mühiti içində yetişdiyini söyləmək olar. Mədrəsə təhsilinə Aydında başlamış, Bursada davam etmişdir. Ömər Rövşəninin yaxşı bir mədrəsə təhsili gördüyü, dövrün elm və ədəbiyyat mühitindən faydalanaraq hər baxımdan yaxşı yetişdiyi aydınlaşır. Onun bu zamanlarda yazdığı məlahətli şeirlərin ədəbi mühitdə bəyəniildiyinə dair bilgilər hələ o zaman bir şair olaraq qəbul edildiyini göstərir.

Rövşəni Bursada olan zaman haqqında çıxab bir dedi-qodu və gördüyü röya səbəbi ilə ordan ayrılaraq Larəndədə olan böyük qardaşı Əlaəddin Əlinin yanına gedir. Larəndədə onun da təlqin və təsiri ilə təsəvüfə yönəlməyə qərar verdi. Qardaşının tövsiyyəsi ilə Seyid Yəhya Bakuvinin yanına – Bakıya gələrək ona intisab etdi. Qisa vaxtda sülukunu tamamlayaraq Seyid Yəhyanın xəlifəsi oldu və Anadoluda irşadla vəzifələndirildi. Ancaq mürşidindən uzaq olmamaq üçün onun razılığı ilə Qarabağ, Bərdə, Gəncə və Ərdəbil kimi ətraf bölgələrdə irşad ilə məşğul olub, burada xəlvətilik təriqətini təbliğ etmişdir.

Rövşəni Seyid Yəhyadan aldığı mənəvi tərbiyə və ürfan dərsinin əhəmiyyətini br beytində bu sözlərlə ifadə edir:

Taciyəm desəm nola hər şeyxi-şuhun,çünki mən
Seyyidi-sadat,Seyyidi Yəhya xaki-rahiyəm.

Dədə Ömər bir tərəfdən Şirvan və Qarabağda təsəvvüfün yayılmasına xidmət edən müəssir bir şeyx kimi irşad vəzifəsini görərkən, bir tərəfdən də dini-didaktik şerlər yazmışdır. Ağqoyunlu sultanı Uzun Həsənin Qaraqoyunluları məğlub edərək Təbrizi paytaxt elan etməsinin ardından İbrahim Gülşənini göndərərək dəvət etməsinin üzərinə Təbrizə getdi və sultanın xanımı Səlcuq Xatunun onun üçün tikdirdiyi dərgaha yerləşdi. Bundan sonra Rövşəni Uzun Həsənin sarayında hər cümə günü alim və sənətkarlarla edilən yığıncaqlarda daima böyük hörmət görən alimlərdən olmuşdur.

Uzun Həsənin vəfatından sonra (1487) oğulları Sultan Səlim və bilxassə ağqoyunluların ən böyük hökmdarlarından, alim və sənətkarların qoruyucusu Sultan Yaqub ilə Dədə Ömər Rövşəni arasında daim qarşılıqlı məhəbbət və hörmət olmuşdur. Hökmdar müxtəlif ehsanlarla daima Rövşəninin xidmətində olaraq "Cahanşah xanəgahı"nı ona təsis etmişdir. Rövşəni onu ayrıca bir şerlə öymüşdür.

Ömər Rövşəni Təbrizdə 892/1487-ci ildə vəfat edib və və təkyəsinin hazirəsindəki türbədə dəfn edilib. Onu türbəsi daha sonrakı dövrlərdə itmişdir və indi yeri bilinmir.

Rövşəninin həyatında onun 25 il yaşadığı Təbriz dövrü onun təsəvvüfi şöhrətinin getdikcə artaraq yayıldığı, təsəvvüfi məsnəvilərini qələmə aldığı, şair olaraq məşhur olduğu, hətta yazdığı şerlərin diyarı Ruma və İstanbula qədər çatıb onlara nəzirələrin yazıldığı bir dövrdür. Xüsusilə xəlvətiliyin Rövşənilik qolunu öz adları ilə Qahirədə davam etdirən İbrahim Gülşəni, Şeyx Dəmirdaş, Şahin Xəlvəti, Həsən Bayati Mahmudoğlu kimi böyük şəxsiyyətləri də bu zaman yetişdirmişdir.

 

Şeirləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR