Dərc edildi: Baxış sayı: 462
Dəb dünyasının ən nüfuzlu şəxsi seçildi
Britaniya şahzadəsi Harrinin həyat yoldaşı, Sasseks hersoginyası Meqan Markl 2019-cu ildə onlayn dəb dünyasının ən nüfuzlu şəxsi seçilib. “Qafqazinfo”nun məlumatına görə, bu, “Lyst” platformasının apardığı tədqiqat nəticəsində məlum olub.
Belə ki, istifadəçilər sosial şəbəkədə geyim seçərkən məhz Sasseks hersoginyasına səmtlənirlər. Şahzadə Harrinin həyat yoldaşının görüntüləndiyi geyimə təlabat 216% artır.
“Lyst” platformasının tədqiqat reytinqində Meqan Markl bir çox tanınmış dəbli xanımları geridə qoymağı bacarıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət