Dərc edildi: Baxış sayı: 528
DÇ-də ilk medalımız təmin edildi: cüdoçularımız yarımfinalda qarşılaşacaq
Azərbaycan cüdoçuları Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi 73 kq) Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında yarımfinal mərhələsinə yüksəliblər.
Oxu.Az-ın məlumatına görə, R.Orucov 1/4 finalda israilli Tohar Butbulu, H.Heydərov isə Tacikistan təmsilçisi Bəhruz Xocazodanı mübarizədən kənarlaşdırıb.
İdmançılarımız yarımfinalda bir-biri ilə qarşılaşacaqlar. Beləliklə, ikisindən biri finala çıxacaq ki, bu da Azərbaycan yığmasının dünya çempionatında ilk medalı təmin etməsi deməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət