Slimfit
  1. AZƏRBAYCAN

DB hesabat: Azərbaycan bu sahədə irəlidədir

DB hesabat: Azərbaycan bu sahədə irəlidədir
Sakura

DB hesabat: Azərbaycan bu sahədə irəlidədir

Dünya Bankının Qadınlar, Biznes və Qanun (WBL) layihəsi qadınların iqtisadi imkanları və gender bərabərliyi ilə bağlı statistik hesabat açıqlayıb.

Axar.az xəbər verir ki, WBL tərəfindən tərtib edilən hesabatda 10 illik islahatlar çərçivəsində qadınların iş həyatında verdikləri iqtisadi qərarları və onların nəticələri qeyd olunub.

Məlumatlar göstərir ki, son on il ərzində hüquqi gender bərabərliyi istiqamətində böyük irəliləyişlər olub. 131 ölkədə 274 islahat aparılıb və bu islahatlar gender bərabərliyinin artmasına gətirib çıxarıb. Bu, həm də iş yerində cinsi təcavüzlə bağlı qanunları tətbiq edən 35 ölkəni də əhatə edir və on il bundan əvvəlkindən təxminən iki milyard daha çox qadını müdafiə edir.

Azərbaycan bu sıralamada bir çox dünya ölkələrini qabaqlayaraq 86-cı pillədə qərarlaşır. Belə ki, ölkəmizdə 10 il bundan əvvəl iş və məişət həyatında qadınların hüquqlarını müdafiə edən qanunlar ümumi olaraq 76,25 faiz təşkil edirdisə, bu rəqəm 2019-cu ildə 78,75 faizə qalxıb.

Hesabatda qeyd olunub ki, son 10 ildə dünyanın 47 ölkəsində ailədaxili şiddətlə bağlı qanunlar qəbul edilib, islahatlar aparılıb. Azərbaycan da bu ölkələrin siyahısına daxildir.

WBL-in tərtib etdiyi onillik statistikada 8 göstəricidən istifadə olunub: səyahət azadlığı, iş şəraitində gender bərabərliyinin qorunması, məvacibin kişilərlə eyni səviyyədə ödənilməsi, ər və arvad arasında hüquq bərabərliyi, uşaq sahibi olduqda və bundan sonrakı hüquqi prosedurlar, biznes qurmaq, sahibkarlıqda gender bərabərliyi barəsində hüquqi aktlar və pensiya almaq barəsində qanun layihələri.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR