Slimfit
  1. KOSMOS

“Dawn” zondunun istismar müddəti başa çatır

“Dawn” zondunun istismar müddəti başa çatır
Sakura

ABŞ Kosmik Agentliyinin (NASA) “Dawn” planetlərarası zondu 11 illik tədqiqatdan sonra öz missiyasını…

ABŞ Kosmik Agentliyinin (NASA) “Dawn” planetlərarası zondu 11 illik tədqiqatdan sonra öz missiyasını başa vurmağa hazırlaşır.

ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, zondun birlikdə əsas asteroidlər qurşağının kütləsinin 45 faizini təşkil edən Serera və Vesta asteroidlərinin tədqiqinə cəlb edilməsi ilə əlaqədar olaraq “Dawn” missiyasının istismar müddəti bir neçə dəfə artırılıb. Hazırda kosmik gəminin yanacağının əsas tərkib hissəsi olan hidrazin mayesi tükənmək üzrədir. Ekspertlərin fikrincə, bu, tam olaraq sentyabr-oktyabr ərzində baş verəcək: “Dawn” zondunun Yerlə rabitə əlaqəsi kəsiləcək və onilliklər ərzində orbitdə Serera ətrafında dövr etməyə başlayacaq.

Bildirilir ki, 2007-ci ilin sentyabrında buraxılan zond 2011-2012-ci illərdə Vestanı tədqiq edərək obyektin krater, kanyon və dağlarının şəklini çəkib.

“NASA” əməkdaşları qeyd edir ki, onlar kosmik gəminin istismar müddətinin başa çatmasına görə təəssüf etsələr də, bütün mütəxəssislər qrupu onun nailiyyətləri ilə fəxr edir. Onların sözlərinə görə, “Dawn” təkcə asteroidlərin sirlərini açmayıb, eyni zamanda bütün missiya ərzində iki yerdənkənar istiqamətdə orbital cisimlərə uçan ilk zond olub.   

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR